EN

“Arada davamız da olur, hər şeyi çox çürüdür, istəyir ki...” - Xumar Qədimovanın bacısı - FOTO + ÖZƏL

Əməkdar artist, sevilən sənətkar Xumar Qədimovanın bacısı Matan (Əqrəb) Moderator.az-ın suallarını cavablandırıb.
 
-Xumar xanım sizin üçün bacıdan başqa kimdir?
 
-O bir dühadır.
 
-Bacınızın hansı xasiyyətini bəyənmirsiniz?
 
-Çox mükəmməlliyyətçidir və bu xüsusiyyəti hətta özünə də ziyandır.
 
-Xumar xanımı digər müğənnilərdən fərqləndirən əsas cəhət nədir?
 
-Siz zatən bilirsiniz ki, o fərqlidir və bu sualı verirsiniz (gülür). Onu digərlərindən fərqləndirən elə fərqliliyidir. Hər mənada.
 
-Bir-birinizə çox bağlısız. Heç sözünüz çəpləşirmi?
 
-Arada davamız da olur (gülür). Hər şeyi çox çürüdür. İstəyir ki, hər şey mükəmməl olsun.
 
-Xumar xanımın oxuduğu əsərləri kimlər başa düşə bilmir?
 
-Əsər yarada bilməyənləri dinləyənlər başa düşməz. Bir sözlə başsızlar.
 
-Ara-sıra sizin də Xumar xanımla duetlərinizi görürük. Bu işlə müntəzəm olaraq məşğul olmaq istərdiniz?
 
-Mənə duet təklifləri olunub, amma məni titrədə bilməyib. Ara-sıra mənə toxunan mahnılardan oxuyacam.
 
-Xumar xanımın düşmənləri varmı?
 
-Sizcə olmaz ona düşmənlik, paxıllıq edənlər? Axı o hamı kimi deyil.
 
-Xumar xanım heç vaxt şəxsi həyatı ilə, var-dövlət ilə gündəmə gəlməyib.   
 
-Çünki onun hər şeyi olduğuna görə o şeyləri göstərməyib. Olmayanlar göstərirlər, sənəti olmayanlar  maddiyatla boşluğu doldururlar. Xumar xanımın dünya boyda sənəti var. Başqa şeyi göstərməyə ehtiyac yoxdur.
Chosen
20
moderator.az

1Sources