EN

Muxtar Babayev Baydenin müşaviri ilə iqlim dəyişikliyi probleminin həlli üçün əməkdaşlığımüzakirə edib (FOTO)

Bakı. Trend:

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmişprezidenti Muxtar Babayev ABŞ prezidentinin beynəlxalq iqlimsiyasəti üzrə baş müşaviri Con Podesta ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə COP29-un"X" sosial şəbəkəsindəki hesabında bildirilib.

Qeyd edilib ki, görüş zamanı COP29 ərəfəsində iqlim dəyişikliyiprobleminin həlli üçün əməkdaşlığın və qlobal tədbirlərinəhəmiyyətini müzakirə edilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Muxtar
Muxtar
Məqalədə:
Chosen
13
10
az.trend.az

10Sources