EN

Misli Premyer Liqasında daha iki oyun keçiriləcək

Bu gün Misli Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, hər iki matçda turnir cədvəlində qonşu olan komandalar münasibətlərinə aydınlıq gətirəcəklər.

İlk olaraq "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. Saat 16:00-da başlayacaq görüş "Liv Bona Dea Arena"da reallaşacaq.

Digər qarşılaşma isə "Səbail" və "Sumqayıt" komandaları arasında baş tutacaq.

"ASCO Arena" keçiriləcək oyunun start fiti saat 18:30-da səslənəcək.

Turnir cədvəlində "Araz-Naxçıvan" 20 xalla 3-cü, "Zirə" 16 xalla 4-cü yerdədir. Aşağı sıralarda qərarlaşan kollektivlərdən "Səbail" və "Sumqayıt 7 xalla müvafiq olaraq 8-ci və 9-cu mövqelərdə yer alıblar.

Misli Premyer Liqası

II dövrə, XI tur

26 oktyabr

16:00. “Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

"Liv Bona Dea Arena".

18.30. “Səbail” – “Sumqayıt”

Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov.

VAR: Rauf Cabarov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

"ASCO Arena".

Qeyd edək ki, turun açılış matçında ötən gün "Turan Tovuz" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.

"Cebheinfo.az"

Chosen
5
18
cebheinfo.az

10Sources