EN

İsrail İranın hərbi obyektlərinə zərbələr endirib

İsrail hərbçiləri İranın paytaxtı Tehranda hərbi obyektlərə zərbələr endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. 

 

Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri İranın raket istehsalı müəssisələrinə zərbələr endirib. Ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu yenə cavab verməyə məcbur olacaq.

 

İran tərəfinin açıqlamasında Tehran və onun ətrafında baş verən hər hansı insidentlə bağlı müraciətlərin olmadığı bildirilib.

Chosen
32
1
senzor.az

10Sources