EN

İsrail İranın hərbi obyektlərinə zərbə endirdiyini bildirib - Yenilənib

İsrailin Müdafiə Ordusu İranın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib...

“Report” xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

"İran rejiminin İsrail dövlətinə qarşı aylarla davam edən davamlı hücumlarına cavab olaraq, hazırda İsrail Müdafiə Ordusu İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir", - məlumatda deyilir.

***

İsrail İrana hücum etməyə başlayıb.

“Report”un məlumatına görə, bu barədə ABŞ-nin “Axios” portalı mənbələrə istinadən xəbər yayıb.

Qeyd edilir ki, İsrail oktyabrın 1-də ballistik raketlərdən istifadə edərək genişmiqyaslı zərbəsinə cavab olaraq yerli vaxtla şənbə günü səhər tezdən İrana hücum edib.

Bundan əvvəl "Tasnim" agentliyi Tehranda partlayış səslərinin eşidildiyini xəbər verib.

***

İran İslam Respublikasının paytaxtı Tehranda partlayış səsləri eşidilib.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Digər təfərrüatlar açıqlanmır.

“Axios” nəşri isə İsrailin İrana hava zərbələri endirdiyini xəbər verib.

Poliqon.info 

Chosen
6
13
poliqon.info

10Sources