EN

2027-ci ildə kosmosa səyahət mümkün olacaq - ilk bilet satıldı

Çinin özəl "Deep Blue Aerospace" şirkəti kosmos turistləri üçün 1,5 milyon yuan (təxminən 210 min dollar) dəyərində bilet satışına başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Bildirilir ki, şirkət artıq 2027-ci ildə ilk uçuş üçün iki bilet satıb.

Məlumata görə, suborbital kosmos səyahətinin müddəti 12 dəqiqə olacaq.

Çinin şərqindəki Jianqsu əyalətində yerləşən şirkət ilk biletlərini oktyabrın 24-də satışa çıxarıb və canlı yayım zamanı cəmi 20 dəqiqə ərzində sata bilib.

Nəşrin qeyd etdiyi kimi, Çin şirkətinin qiymətləri digər rəqiblərindən xeyli aşağıdır. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
20
1
milli.az

2Sources