EN

ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək

ABŞ-nin Kosmik Qüvvələri 2025-ci ildə Rusiya və Çin peyklərini zərərsizləşdirmək üçün silah alacaq.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” Kosmik Qüvvələrə istinadən məlumat yayıb.

Məlumata görə, “Meadowlands” adlanan sistem “L3Harris” şirkəti tərəfindən hazırlanıb. Yeni kompleks 2020-ci ildən istismarda olan “Counter Communications System”in asanlaşdırılmış versiyasıdır. “Meadowlands” daha çox tezlikləri sıxışdıracaq yenilənmiş proqram təminatı ala bilər.

Chosen
11
7
publika.az

10Sources