AZ

Birləşmiş Ştatlar 2025-ci ildə Çin və Rusiya peyklərini zərərsizləşdirmək üçün silah əldə edəcək

2025-ci ildə ABŞ Çin və Rusiya peyklərini zərərsizləşdirmək üçün nəzərdə tutulmuş silahlar alacaq.

APA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

“Münaqişənin ilk mərhələlərində Çin və Rusiya peyklərini zərərsizləşdirmək üçün hazırlanmış silahların texniki çatışmazlıqları aradan qaldırılıb və gələn il təhvil veriləcəyi gözlənilir”, - məlumatda deyilir.

Qeyd edilir ki, ilkin olaraq silahın 2022-ci ildə əldə edilməsi planlaşdırılsa da, texniki nasazlıqlar səbəbindən bu müddət gecikdirilib.

Məlumata görə, söhbət L3Harris tərəfindən hazırlanmış Meadowlands sistemindən gedir.

Seçilən
0
13
apa.az

10Mənbələr