ABŞ Çin və Rusiya peyklərini zərərsizləşdirmək üçün nəzərdə tutulmuş silahlar alacaq.
Axar.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc edib.
Qeyd edilir ki, ilkin olaraq silahın 2022-ci ildə əldə edilməsi planlaşdırılsa da, texniki nasazlıqlar səbəbindən bu müddət gecikdirilib və növbəti ildə plan həyata keçiriləcək:
“Meadowlands” adlanan sistem “L3Harris” şirkəti tərəfindən hazırlanıb. Yeni kompleks 2020-ci ildən istismarda olan “Counter Communications System”in asanlaşdırılmış versiyasıdır".