EN

Türkiyədən PKK-ya ağır zərbə: 30 terrorçu məhv edildi

Türkiyə ordusu İraqın şimalında Hakurk, Qara, Kandil və Sincar bölgələrində 34 terror hədəfinə qarşı həyata keçirilən hava əməliyyatlarında 30 PKK terrorçusunu zərərsizləşdirib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama verib.

 

“Güclüyük, qətiyyətliyik! Dünən gecə (24 oktyabr) İraqın şimalındakı Hakurk, Qara, Kandil və Sincar bölgələrindəki 34 terror hədəfinə qarşı həyata keçirilən hava əməliyyatlarında 30 PKK terrorçusu zərərsizləşdirilib. Terrorçuların yuvalarını başlarına yıxmağa davam edəcəyik!”, - məlumatda deyilir.

Chosen
5
9
sfera.az

10Sources