EN

Cüdoçularımız Gimnaziadaya uğurlu başladılar

Bəhreyndə təşkil olunan Gimnaziada start götürüb. 

Fanat.Az xəbər verir ki, cüdoçularımız yarışa uğurlu başlayıblar. 

İdmançılarımız ilk medallara sahib çıxıblar. Belə ki, yarışın ilk günündə 6 təmsilçimiz tatamiyə çıxıb və hamısı medal qazanıb. 

Ən yüksək nəticəyə Məhəmməd Rüstəmli imza atıb. O, 55 kq çəki dərəcəsində çempion olub. Anar Quliyev (50 kq) yalnız final uduzaraq gümüşə yiyələnib.

Rüstəm Qasımzadə (55 kq), Əl Hümbətov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) və Gülgəz Musayeva (48 кг) bürünc medalla kifayətlənib.

Chosen
22
fanat.az

1Sources