EN

Cüdoçulardan Gimnaziadaya uğurlu start

Azərbaycan cüdoçuları Bəhreyndə keçirilən Gimnaziadada ilk medallara sahib çıxıblar.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə 6 təmsilçimiz tatamiyə çıxıb.

Ən yüksək nəticəyə Məhəmməd Rüstəmli imza atıb. O, 55 kq çəki dərəcəsində çempion olub. Anar Quliyev (50 kq) yalnız final uduzaraq gümüşə yiyələnib.

Rüstəm Qasımzadə (55 kq), Əl Hümbətov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) və Gülgəz Musayeva (48 кг) bürünc medalla kifayətlənib.

İdman.biz

Chosen
18
idman.biz

1Sources