EN

Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru ilə görüş keçirildi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla videokonfrans formatında görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər, əmək bazarının leqallaşdırılması istiqamətində vergi inzibatçılığında aparılmış islahatlar barədə məlumat verilib. İslahatların əmək bazarına təsiri müzakirə edilib.“Growth Lab” Mərkəzinin Azərbaycanda çoxşaxəli və dayanıqlı iqtisadiyyatın təşviqinə dəstək göstərməkdə maraqlı olduğu bildirilib. 

Mərkəz tərəfindən irəli sürülən və COP29 çərçivəsindətəqdim ediləcək "Yaşıl artım portalı" layihəsi ilə tanış olunub.Portal “Growth Lab”ın“İqtisadi mürəkəbblik” metodologiyasına əsasən hər bir ölkəyəyaşıl inkişaf imkanlarını müəyyən etməyə şərait yaradacaq. Təşəbbüsün Azərbaycanın “yaşıl artım” istiqamətində cəhdlərinə töhfə olacağı vurğulanıb.

Tərəflər Harvard Universiteti ilə əməkdaşlığın gündəliyindəki digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 

Chosen
13
unikal.az

1Sources