EN

Bakıda Babək prospektində obyekt yanır - VİDEO

Bakının Xətai rayonunda yanğın başlayıb.
APA xəbər verir, Babək prospektində yerləşən obyekt yanır.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.


Telegram Widget
Chosen
15
1
sherg.az

10Sources