EN

Avropa İttifaqının səfirinə etiraz notası təqdim edilib

Oktyabrın 25-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb və Avropa Parlamenti tərəfindən 24 oktyabr tarixində qəbul edilmiş qətnamə, eləcə də bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin 25 oktyabr tarixli məlumatında deyilir.

"Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd edən, onun daxili işlərinə müdaxilə edən bəyanat və addımların Ermənistanda revanşizmi təşviq etdiyi, bununla regionda sülh səylərinə xələl gətirdiyi vurğulanıb", deyə məlumatda qeyd edilir.

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqluluq və ümumi fayda prinsipləri əsasında qurur, qarşı tərəf də bu fundamental prinsiplərə ciddi şəkildə əməl etməyə çağırılıb.

Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub, deyə Nazirliyin məlumatında bildirilir.

Chosen
10
50
turan.az

10Sources