Portuqaliyanın paytaxtı Lissabonda iğtişaşlar üçüncü gündür davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliyanın keçmiş müstəmləkəsi Kabo-Verdedən olan 20 yaşlı miqrant Odair Monizin polis reydi zamanı öldürülməsi qarşıdurma ilə nəticələnib.
Qarşıdurmalar zamanı ikisi polis əməkdaşı olmaqla 3 nəfər xəsarət alıb, 11 nəfər saxlanılıb.
Nümayişçilər ikisi avtobus olmaqla 13 nəqliyyat vasitəsini yandırıblar.
Hökumət rəsmiləri isə asayişin nəyin bahasına olursa olsun təmin ediləcəyini bildirib.