EN

“Sumqayıt”dan yeni transfer

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. “Sumqayıt” son olaraq Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” klubunda çıxış etmiş Cəsurbek Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb. 22 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində 77 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Paris-2024 Olimpiadasının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında çıxış edib. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.

Chosen
3
24
idmanxeber.az

10Sources