EN

“Disleksiya Maarifləndirmə ayı”na həsr edilmiş tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi Samirə Həsənovanın təşəbbüsü ilə “Disleksiya Maarifləndirmə ayı”na həsr edilmiş tədbir keçirilib.

 Tədbirdə disleksiyalı şagirddən bəhs edən "Yerdəki ulduzlar" filmindən seçilmiş fraqmentlər izlənilib və mövzu ilə bağlı diskussiya aparılıb. Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələrlə həyata keçirilən müzakirələr ümumiləşdirilərək öyrənmə çətinliyinin spesifik xüsusiyyətlərinin təsnifatı verilib, disleksiyanın korreksiyasının əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, maarifləndirici tədbirlərin keçirilməsi artıq ənənəvi hal almışdır. Bu mövzuda silsilə tədbirlərin davamlı şəkildə təşkili nəzərdə tutulur.

 

Chosen
21
tehsil.biz

1Sources