EN

Ordumuz qış rejiminə keçir - Video

Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.

Chosen
3
30
buta.tv

10Sources