EN

Ozancan oynadı, komandası qalib gəldi

Millimizin futbolçusu Ozancan Kökçünün formasını geydiyi HİK Konfrans Liqasında 2-ci tur oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda evdə Belarus “Dinamo”su ilə qarşılaşıb. Görüş HİK-in qələbəsi ilə yekunlaşıb - 1:0. Ozan da bu oyunda iştirak edib. O, start heyətində meydana çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, HİK hazırda ümumi sıralamada 3 xalla 23-cüdü.

Chosen
7
1
football-plus.az

4Sources