EN

Putinin gözlənilməz addımı: əməkdaşlığı tam sildi

Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya gözlənilməz bağlılığı Qərblə əməkdaşlığın üstündən necə xətt çəkdiyini göstərir.

Turkustan.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri yazıb.

Qeyd olunub ki, Rusiya Federasiyasının Pxenyanın nüvə ambisiyalarını cilovlamaq üçün ABŞ və Çin də daxil olmaqla, geniş koalisiya ilə əməkdaşlıq etdiyi günlər geridə qalıb.

"Bu, Rusiya siyasətində böyük dəyişiklikdir. Əgər əvvəllər Rusiya problemli ölkələrlə münasibətlərdə Qərbin faydalı tərəfdaşı kimi çıxış edirdisə, indi özü nəhəng problemə çevrilib", - bunu Berlində yerləşən Karneqi Avrasiya Mərkəzinin Rusiyanın Asiya ilə əlaqələri üzrə eksperti Aleksandr Qabuyev nəşrə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyanın ABŞ-ın rəhbərlik etdiyi dünya düzənindən qopması hətta Ukraynada müharibə bitdikdən sonra da uzun müddət davam edə bilər. /axar.az/

Chosen
7
3
turkustan.az

10Sources