EN

Ankarada terroru Kürdüstan Fəhlə Partiyasının üzvləri törədib

Türkiyənin hüquq-mühafizə orqanları Ankarada törədilən terror aktını törədənləri müəyyənləşdirib. Onların Kürdüstan Fəhlə Partiyasının (Türkiyədə PKK terror təşkilatı hesab olunur) üzvləri olduğu üzə çıxıb.

“TUSAŞ-a hücum zamanı məhv edilən terrorçunun kimliyini müəyyən etdik. Xəyanətkarın Rojger ləqəbli PKK üzvü Əli Örek olduğu ortaya çıxdı”, - Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X sosial şəbəkəsində yazıb.

Daxili İşlər Nazirliyi terror aktında iştirak edən qadının kimliyini də müəyyən edib.

“Xainin PKK üzvü Mine Sevjin Alçiçək olduğu ortaya çıxdı. Belə ki, hücum edənlərin hər ikisi PKK-dandır”, - nazir X sosial şəbəkəsində yazıb.

Oktyabrın 23-də Ankaranın Kahramankazan rayonunda TUSAŞ təyyarə zavodunun obyektinə hücum olub. Hücum nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Türkiyə Daxili İşlər Nazirliyi iki terrorçunun məhv edildiyini açıqlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror təhdidlərinə qarşı mübarizəni davam etdirəcəyinə söz verib. Həmin gün ölkənin Müdafiə Nazirliyi İraq və Suriyada PKK-nın 32 hədəfinin məhv edildiyini bildirib.

Oxuməni.az

Chosen
11
oxumeni.az

1Sources