Demokrat.az İdman.biz-ə istinadən xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı rinqdən qalib ayrılıb.
48 kq çəkidə mübarizə aparan Bilalhəbaşi Nəzərov 1/16 final çərçivəsində Yasur Taalaybek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz 5:0 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda ilk mərhələdən azad olan Jair Bonilla (Ekvador) ilə münasibətinə aydınlıq gətirəcək.
Ömər Aslanlı (54 kq) da debütdə rəqibini məğlub edib. O, 1/16 finalda kubalı Alexandro Sançesə gücünü göstərib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda inamlı qələbə qazanıb - 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:27). Aslanlı ikinci görüşünü Bayirjan Muratova (Qazaxıstan) qarşı keçirəcək.
Ziya Həsənov (71 kq) isə 1/16 finala yüksəlib. O, Paul Nevallonu (Trinidad və Tobaqo) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda diskvalifikasiya olunduğundan Həsənov qalib elan edilib. Milli üzvü ikinci sınağında ilk mərhələdən azad olan İqor Bondarla (Moldova) qüvvəsini sınayacaq.
10Sources
-
hafta.azDaha 3 idmançımız qalib gəldi ( 12377734)
-
demokrat.azDaha 3 boksçumuz dünya birinciliyində qalib gəlib ( 12376615)
-
milli.azDaha 3 boksçumuz dünya birinciliyində qalib gəlib ( 12374389)
-
modern.az3 boksçumuz dünya birinciliyində qalib gəldi ( 12373642)
-
az.trend.azDaha 3 boksçumuz dünya birinciliyində qalib gəlib ( 12373339)
-
bizim.mediaDaha 3 boksçumuz dünya çempionatına qələbə ilə BAŞLADI ( 12371143)
-
futbolinfo.azDaha 3 boksçumuz dünya birinciliyində qalib gəldi ( 12370828)
-
rekord.azDaha 3 boksçumuz dünya birinciliyində qalib gəldi ( 12369481)
-
arena.azDaha 3 boksçumuz dünya birinciliyində qələbə qazandı ( 12369415)
-
bakivaxti.azÜç boksçusumuz dünya birinciliyində qələbə qazandı ( 12369337)