EN

MPL: "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək

Misli Premyer Liqasında XI tura bu gün bir oyunla start veriləcək.

“İki sahil” xəbər verir ki, günün yeganə matçı Tovuz şəhər stadionunda baş tutacaq.

"Turan Tovuz" doğma meydanda "Kəpəz"lə üz-üzə gələcək. Qərb derbisi saat 19:00-da başlayacaq.

Hazırda "Turan Tovuz" 21 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. Sonuncu - 10-cu olan "Kəpəz"in 3 xalı var.

Misli Premyer Liqası

II dövrə, XI tur

25 oktyabr

19:00. "Turan Tovuz" - "Kəpəz"

Tovuz şəhər stadionu.

Chosen
34
ikisahil.az

1Sources