EN

Azərbaycanda sosial şəbəkədə açıq-aşkar silah satılır

Sosial şəbəkələrdə silah satışı ilə məşğul olan şəxslər var. TikTok"da səhifə yaradan bu şəxslər satdıqları məhsulun keyfiyyətini göstərmək üçün video çəkərək paylaşıblar.

Publika.az Ölkə.Az-a istinadən xəbər verir ki, səhifə (adı müəyyən səbəblərdən qeyd olunmur) əsasən qazla işləyən airsoft tapança satışı ilə məşğul olur və qiymətlər 700-850 AZN aralığında dəyişir.

100 metr məsafədən atış etmək mümkün olan bu silahların 1-1.2 kq çəkidə, gülləsinin isə 6 mm-lik xüsusi qırılmayan plastik şariklərdən ibarət olduğu bildirilir.

Həmçinin qeyd olunub ki, silahlar pnevmat və travmat deyil və "strikeball" üçün nəzərdə tutulub.

Silahı satan şəxslər bildiriblər ki, bunun üçün hər hansı icazə sənədi tələb olunmur.

Bəs qanun nə deyir?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi daha əvvəl bununla bağlı məlumat yayıb.

"Respublikamızda 18 yaşına çatmış hər bir vətəndaşın mülki silah əldə etmək hüququ var. Mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Özünümüdafiə silahı - yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı; idman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah, ov silahı isə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.

Chosen
9
17
publika.az

10Sources