EN

Üzərinə beton düşən 24 yaşlı oğlan ölüb

Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qədimqala kənd sakini, 2000-ci il təvəllüdlü Anar Məşədiyevin üzərinə yaşadığı evin həyətində beton plitənin düşməsi nəticəsində ölüb.

Faktla bağlı Şəmkir rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Chosen
6
12
azpolitika.info

10Sources