Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Demokrat.az xəbər verir ki, dünən saat 13 radələrində rayonun Qədimqala kənd sakini 2000-ci il təvəllüdlü Anar Məşədiyevin yaşadığı evin həyətində üzərinə beton plitə düşüb. Nəticədə o, hadisə yerində ölüb.