EN

Çeçenistanda Rusiya Milli Qvardiyasının əməkdaşlarına hücum edilib, ölən var

Çeçenistanda naməlum şəxslər Rusiya Milli Qvardiyasının əməkdaşlarına hücum edib, bir hərbçi həlak olub, digəri yaralanıb.

Report-un məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Qroznı şəhərinin ətrafında naməlum şəxslər hərbi kolonnaya hücum ediblər. Atəş nəticəsində hərbçilərdən biri həlak olub, digəri yaralanıb", – məlumatda qeyd olunub.

Bildirilir ki, yaralı tibb müəssisəsinə yerləşdirilib.

Chosen
6
9
musavat.com

10Sources