“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.
"Cebheinfo.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçimiz şotlandiyalı baş hakim Nikolas Uolş idarə etdiyi qarşılaşmaya uğursuz başlayıb. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Hesabı isə 36-cı dəqidədə fərqənən Kennet Teylor açıb. Amsterdam təmsilçisi 74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topra çatdırıb. Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom təyin edib.
2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da “Qarabağ” oyunu 9 nəfərlə tamamayıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiy kollektiv Avropa Liqasındakı növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi “Bodo Qlimt”ə qarşı keçirəcək.
22:28
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin daha bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə görüb.
Daha əvvəl 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə almışdı.
22:25
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda üçüncü qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar fərqi bir qədər də artırıblar - 3:0.
77-ci dəqiqədə Çuba Akpom dəqiq zərbə müəllifi olub.
"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.
22:20
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar üstünlüyünü iki topa çatdırıb - 2:0.
74-cü dəqiqədə Vaut Veqhorst penalti zərbəsini dəqiq yerinə yetirib.

21:01
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alıb.
Tofiq Bəhramov adına Respublika stadionunda davam edən görüşün 15-ci dəqiqəsində Julio Romao kobud oyuna görə meydandan qovulub.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.
19:45
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.
"Cebheinfo.az"