ABŞ-də fevral ayında ölkənin ən yaşlı sakini kimi tanınan 115 yaşlı Elizabet Frensis dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Qeyd edək ki, Frensis 1909-cu ildə Luizianada anadan olub. O, uzun müddət Hyustonda yaşayıb. E. Frensis 95 yaşlı qızı Doroti Uilyams və nəvəsi Ethel Harrisonla yaşayırdı.