EN

Sumqayıt Dövlət Universitetində “Karyera Həftəsi” KEÇİRİLDİ - FOTO

Oktyabrın 24-də Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki Kollecinin təşkilatçılığı ilə “Karyera Həftəsi” keçirildi. Tədbirdə müəssisə, idarə və təşkilatların nümayəndələri, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Universitetdən Bizim.Media-ya verilən məlumata görə, tədbiri universitetin Elm və innovasiyalar üzrə prorektoru Elşad Abdullayev açaraq "Karyera Həftəsi"nin məqsəd və əhəmiyyətindən bəhs edib.
 

O, son illər ölkəmizdə əmək bazarının inkişafı və gənclərin məşğulluğunun təminatı istiqamətində həyata keçirilən uğurlu dövlət layihələrinə diqqət çəkərək, bu tədbirin əsas məqsədinin tələbə və məzunları ölkənin əmək bazarı və mövcud karyera imkanları ilə tanış etmək olduğunu vurğulayıb.


Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva çıxışında tədbirin istehsalat təcrübəsi keçəcək tələbələr üçün əhəmiyyətini vurğulayıb. Eləcə də, bu cür tədbirlərin gənclərin peşəkar bilik və bacarıqlarını artırmaqda, gələcək karyeralarına hazırlıq prosesində mühüm rol oynadığını qeyd etdi. Kaspi Təhsil Şirkətinin Sumqayıt filialının direktoru Vasif Əliyev tədbirin təşkilinə görə təşkilatçılara təşəkkür edərək, son dövrlərdə Sumqayıt Dövlət Universitetinin tələbə və məzunlarının məşğulluq səviyyəsini artırmaq məqsədilə ölkədə fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə əməkdaşlığını genişləndirdiyini vurğulayıb.

Eyni zamanda, universitetin tələbə və məzunlarının işlə təmin olunması və ixtisasları üzrə təcrübə keçmələri istiqamətində ciddi addımlar atıldığını izlədiyini qeyd edib. “ATS Food” MMC-nin İnsan Resursları və inzibati işlər üzrə departamentinin direktoru Rafiq Süleymanov çıxış edərək təmsil etdiyi şirkətin SDU ilə birgə həyata keçirəcəkləri təlim və təcrübə proqramlarının uğurlu olacağına əminliyini bildirib.

Azərbaycan Milli Konservatoriy asının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələrindən ibarət simli kvartet bədii rəhbər Könül Bəkirovanın müşayiəti ilə Azərbaycan və xarici bəstəkarların klassik, müasir əsərlərindən ibarət musiqi nömrələri ilə davam edən sərgidə 30-dan artıq şirkət öz vakansiyaları və təcrübə proqramları ilə iştirak ediblər.



Bizim.Media

Chosen
5
1
bizim.media

2Sources