EN

Ölümlə mübarizə aparan dörd yaşlı İbrahim: "Qardaşlar, bacılar mənə kömək edin"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dörd yaşlı İbrahim Abbasov ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Abbasova məlumat verib.
Bildirilib ki, övladının qarın boşluğunda bədxassəli şiş var və əməliyyatla götürülməlidir:
"Bunun üçün İbrahim əvvəlcə 6 kurs kimyaterapiya almalıdır. Onun 5-ni artıq qəbul edib. İbrahimin qanında infeksiya aşkarlanıb. Buna görə də, Bakıda özəl xəstəxanaların birində 1 həftədir müalicə alır. Sabah xəstəxanadan çıxmalıyıq. 8 min manat ödəniş olunmalıdır. Lakin bu pulun yarısını toplaya bilməmişik. Xalqımdan xahiş edirəm, balamı ölümə tərk etməsinlər. Bizə bu ağır günlərimizdə dəstək olsunlar. İbrahimə ona dəstək olan şəxslərdən danışıram. Uşaq da olsa, hər şeyi başa düşür. İbrahim bilir ki, onu xilas etməyə çalışanlar var. Buna görə də, özünü videoya çəkdirib. Deyir ki, videonu görsələr, bəlkə mənə dəstək olarlar".
Ailə ilə əlaqə: (055) 736-92-70.
Kapital Bank: 5239 1517 1343 5306.
Chosen
94
2
oxu.az

10Sources