EN

 “Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

Sərfəli mobil operator “Nar” abunəçilərinə balanslarında yetərli məbləğ olmadığı zaman “NarKredit” xidməti vasitəsilə internet paketləri sifariş vermək imkanı yaradıb.

Mia.az-ın məlumatına əsasən, abunəçilər *771#200#YES şifrəsini yığmaqla 200 MB və *771#800#YES şifrəsini yığmaqla 800 MB həcmində data kredit götürə bilər.

“NarKredit” xidmətindən istifadə etməzdən öncə *771#7#YES şifrəsini yığaraq nömrənizin kredit götürmək üçün uyğunluğunu yoxlayın. Həmçinin, nar.az/Narkredit səhifəsindən xidmət haqqında bütün məlumatı əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Chosen
4
24
mia.az

10Sources