EN

AZAL-dan bu şəhərlər üçün aviabiletlərə endirim

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Ciddə, Bəhreyn, Daşkənd, Ürgənc və Bişkek istiqamətləri üzrə uçuşlara sərfəli tariflər təklif edərək yeni aksiyaya start verir.
AZAL-dan BUTA.TV-a verilən məlumata görə, kampaniya çərçivəsində xüsusi qiymətlər noyabrın 25-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir. Həmçinin yüksək tələbat dövrləri istisna olmaqla, aviaşirkətin 25 oktyabr-25 noyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur. Təklif bu şəhərlərə səyahətinizi əlverişli qiymətlərlə planlaşdırmaq imkanı yaradır. Aksiya çərçivəsində aşağıdakı qiymətlər təklif olunur: Bakı-Ciddə:- bir tərəfə 119 €-dan; - gediş-dönüş 209 €-dan. Ciddə-Bakı:- bir tərəfə 129 $-dan; - gediş-dönüş 229 $-dan. Bakı-Bəhreyn:- bir tərəfə 99 €-dan; - gediş-dönüş 179 €-dan. Bəhreyn-Bakı:- bir tərəfə 99 $-dan; - gediş-dönüş 189 $-dan. Bakı-Daşkənd:- bir tərəfə 99 €-dan; - gediş-dönüş 179 €-dan. Daşkənd-Bakı:- bir tərəfə 99 $-dan; - gediş-dönüş 189 $-dan. Bakı-Ürgənc:- bir tərəfə 99 €-dan; - gediş-dönüş 169 €-dan. Ürgənc-Bakı:- bir tərəfə 89 $-dan; - gediş-dönüş 179 $-dan. Bakı-Bişkek:- bir tərəfə 99 €-dan; - gediş-dönüş 179 €-dan. Bişkek-Bakı:- bir tərəfə 99 $-dan; - gediş-dönüş 189 $-dan. Bakıdan Ürgənc və Bişkekə reyslər həftədə 1 dəfə, Bəhreynə - həftədə 2 dəfə, Ciddəyə - həftədə 3 dəfə, Daşkəndə isə həftədə 4 dəfə həyata keçirilir.

AZAL-ın xüsusi təklifindən yararlanaraq Şərqin əfsanəvi şəhərlərinə sərfəli səyahətinizi planlaşdırmaq şansını qaçırmayın!

Chosen
7
32
buta.tv

10Sources