AZ

AZAL aviabiletlərin qiymətini endirdi - ŞƏHƏRLƏR, QİYMƏTLƏR

AZAL Mərkəzi Asiya və Yaxın Şərq şəhərlərinə olan aviabiletlərin qiymətinə endirim edib.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Ciddə, Bəhreyn, Daşkənd, Ürgənc və Bişkek istiqamətləri üzrə uçuşlara sərfəli tariflər təklif edərək yeni aksiyaya start verir.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən FED.az-a bildirilib ki, kampaniya çərçivəsində xüsusi qiymətlər noyabrın 25-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir. Həmçinin yüksək tələbat dövrləri istisna olmaqla, aviaşirkətin 25 oktyabr-25 noyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Təklif bu şəhərlərə səyahətinizi əlverişli qiymətlərlə planlaşdırmaq imkanı yaradır.

Aksiya çərçivəsində aşağıdakı qiymətlər təklif olunur:

Bakı-Ciddə:

- bir tərəfə 119 €-dan;

- gediş-dönüş 209 €-dan.

Ciddə-Bakı:

- bir tərəfə 129 $-dan;

- gediş-dönüş 229 $-dan.

Bakı-Bəhreyn:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 179 €-dan.

Bəhreyn-Bakı:

- bir tərəfə 99 $-dan;

- gediş-dönüş 189 $-dan.

Bakı-Daşkənd:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 179 €-dan.

Daşkənd-Bakı:

- bir tərəfə 99 $-dan;

- gediş-dönüş 189 $-dan.

Bakı-Ürgənc:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 169 €-dan.

Ürgənc-Bakı:

- bir tərəfə 89 $-dan;

- gediş-dönüş 179 $-dan.

Bakı-Bişkek:

- bir tərəfə 99 €-dan;

- gediş-dönüş 179 €-dan.

Bişkek-Bakı:

- bir tərəfə 99 $-dan;

- gediş-dönüş 189 $-dan.

Bakıdan Ürgənc və Bişkekə reyslər həftədə 1 dəfə, Bəhreynə - həftədə 2 dəfə, Ciddəyə - həftədə 3 dəfə, Daşkəndə isə həftədə 4 dəfə həyata keçirilir.

AZAL-ın xüsusi təklifindən yararlanaraq Şərqin əfsanəvi şəhərlərinə sərfəli səyahətinizi planlaşdırmaq şansını qaçırmayın!

Seçilən
2
32
fed.az

10Mənbələr