EN

Hindistanda fırtına səbəbindən 300 min nəfər təxliyə edilib

Bakı. Trend:

Benqal körfəzində yaranan tropik fırtına səbəbindən Hindistandaməktəblərdə təhsilə ara verilib, qatar reysləri ləğv edilib, 300min nəfər təhlükəsiz bölgələrə təxliyə olunub.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Hindistan Meteorologiya İdarəsindən verilən açıqlamaya görə,Dana Tropik Fırtınasının külək sürətinin saatda 100-120 kilometrəçatdığı, bu gün axşam saatlarında və ya sabah səhər erkən saatlardaölkənin şərq sahilinə çatmasının gözlənildiyi bildirilib.

Məlumata görə, 14 rayondan 1 milyondan çox insanın təxliyəedilməsi planlaşdırır. Şiddətli qasırğa və fırtınaların müşahidəedildiyi ştatlara çox sayda yardım və xilasetmə qruplarıyerləşdirilib.

Qeyd edək ki, keçən il Hindistanda baş verən fırtınalarnəticəsində 523 nəfər həyatını itirmiş və 2,5 milyard dollarlıqziyan dəymişdi.

Chosen
19
3
az.trend.az

4Sources