EN

"Bu mövsüm ekranlarda olmayacam, çünki..." - Burcu

"Övladımla vaxt keçirmək istədiyim üçün bu mövsüm ekranlarda olmayacam"

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu tanınmış aktrisa Burcu Biricik jurnalistlərə açıqlamasında deyib.

Aktrisa Türkiyənin beynəlxalq incəsənət sərgisinin açılışına qardaşı ilə birgə qatılıb və media nümayəndələrinin suallarını cavablandırıb.

Sonuncu dəfə "Pəncərədəki qız" serialı ilə ekranlarda olan Biricik bu mövsüm yayımlanan seriallar barədə verilən suala isə belə cavab verib:

"Məncə, mövsüm gərgin rəqabətlə başladı. Çox yaxşı seriallar var. Amma mən qızımla vaxt keçirmək istəyirəm. Onunla birlikdə olmaq bu dünyada ən gözəl şeydir, hüzur verir".


Müəllif: Pərvin Cəfərova
Chosen
21
teleqraf.com

1Sources