EN

Tropik qasırğalar: Hindistanda 300 min nəfər təxliyə edildi

Benqal körfəzindəki tropik qasırğaya cavab olaraq Hindistanda məktəblərdə təhsil dayandırılıb, qatarların hərəkəti dayandırılıb və 300 min insan təhlükəsiz bölgələrə təxliyə edilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki,  "Dana" tropik qasırğasının küləyinin sürətinin saatda 100-120 kilometrə çatdığı və bu gün gecə, yaxud sabah səhər saatlarında ölkənin şərq sahillərinə çıxmasının gözlənildiyi bildirilib. 

Hindistan mətbuatında yer alan xəbərlərə görə, ölkənin şərqindəki Odişa əyalətinin baş naziri Mohan Charan Majhi verdiyi açıqlamada əyalətdəki həssas bölgələrdən təxminən 300 min insanın təxliyə edildiyini bildirib.

Əli Hüseynov

Chosen
6
1
bakivaxti.az

2Sources