EN

Azərbaycanda cüdo məşqçiliyinin inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında cüdo təhsilinin inkişafını hədəfləyən Anlaşma Memorandumu imzalanıb.

İdman.biz xəbər verir ki, bu əməkdaşlıq sayəsində Azərbaycan İdman Akademiyasında cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün müasir tələblərə uyğun təhsil proqramının hazırlanması və tətbiq edilməsi təmin ediləcək.

Nəticədə ölkədə cüdo təhsilinin keyfiyyətinin yüksəldilməsinə, məşqçilik sahəsində daha yüksək standartların təmin edilməsinə nail olunacaq.

İmzalanma mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və digər rəsmi şəxslər iştirak ediblər.

İdman.biz

Chosen
7
5
idman.biz

2Sources