EN

Necati Şaşmaz “Sea Breeze“dən özünə villa alır?

Hər kəsin "Polat Alemdar" kimi tanıdığı Necati Şaşmaz bu yaxınlarda Bakıya gəlib.

Publika.az titul.az-a istinadən xəbər verir ki, məşhur aktyor hava limanından birbaşa taksi ilə "Sea Breeze"ə gedib.

Məşhuru tanıyan sürücü ona öz ehtiramını bildirib, filmlərini böyük maraqla izlədiyini deyib. Necati azərbaycanlı sürücüyə təşəkkürünü bildirib.

Söhbət əsnasında taksi şoferi Necati Şaşmaza oğlunun da serialda rol aldığın bildirib. Türk aktyor hansı filmdə soruşanda, sürücü Azərbaycanda çəkilən "Kölgə" serialını deyib. Ardınca filmdən fraqment göstərib. Necati fraqmentə baxarkən onun diqqətini serialın baş qəhrəmanlarından biri, ssenaristi Nasir Kərimli çəkib.

Aktyor azərbaycanlı həmkarının obrazının öhdəsindən ustalıqla gəldiyini bildirərək, onunla görüşmək istədiyini dilə gətirib.

Chosen
7
19
publika.az

10Sources