EN

Emin Əmrullayev: "Uşaq bağçaları ilə bağlı alternativ modellər olacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz başa düşürük ki, dövlət bağçalarında yerlərin sayı azdır və xeyli sayda valideyn gözləməkdədir. Bu, dünyanın bir çox ölkələrində belədir. Əsasən, bağçalarla bağlı belə problemlər olur".
Oxu.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, ona görə də alternativ modellərdən istifadə edilir:
"Ona görə alternativ modellərə gedirik. Modelin mahiyyəti ondan ibarətdir ki, dövlət qrant vasitəsilə seçilmiş, müəyyən meyarlara uyğun gələn bağçalarda (uşaqların sayı, keyfiyyət indikatoru, akkreditasiya) bu məsələ keyfiyyət təminatı sistemləri ilə tənzimlənəcək. Həmin bağçalarda təxminən 250 manata qədər vəsait dövlət tərəfindən, yerdə qalan hissə valideyn tərəfindən ödənilir.
Bu, uğurlu olarsa, model Azərbaycanda məktəbəqədər təhsil ilə əhatəliliyi artırmaq üçün ən qısa yoldur. Çünki müəyyən mənada səmərəlidir".
Onun sözlərinə görə, burada əsas problemlər monitorinqi düzgün təşkil etmək və bağça şəbəkəsini artırmaqdır:
"Bağça sayı da o qədər çox deyil ki, biz onları maliyyələşdirək. Amma bu təşəbbüsdən sonra özəl bağçaların sayı və həmin bağçalardakı uşaqların sayı artacaq. Valideynlər üçün bu, əsaslı bir köməkdir. Çünki bir çox bölgələrdə bizim qrant kimi ödədiyimiz məbləğ tamamilə bütün xərcləri ödəyə bilir. Bakıda isə valideyn hansısa əlavəni edir. Bu həm maddi nöqteyi-nəzərdən, həm qadınların işlə təmin olunması, həm də təhsil baxımından ölkəmiz üçün faydalı təşəbbüs kimi görülür. Hələ ki, pilot layihədir. Bir ildən sonra daha ətraflı məlumat vermək olar".
Aygün Mirakif
Chosen
24
oxu.az

1Sources