EN

Terrorçunun kimliyi məlum oldu

Oktyabrın 23-də Türkiyənin paytaxtı Ankara şəhərindəki TUSAŞ şirkətinin obyektinə hücum edən terrorçulardan birinin kimliyi məlum olub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya rəsmi “X” hesabında yazıb.

O bildirib ki, sözügedən terrorçu PKK terror təşkilatının üzvü, “Rojger” kod adlı Ali Örekdir.

"Digər qadın terrorçunun kimliyi ilə bağlı araşdırmalar davam etdirilir. Şəhidlərimizə bir daha rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Heç bir terror aktı bizi qorxuda bilməz!”, - nazir qeyd edib.

Xatırladaq ki, terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Chosen
5
2
modern.az

10Sources