Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov bu gün saat 05:45-də yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
"Cebheinfo.az"