EN

“Tarzan”ın ulduzu Ron Eli dünyasını dəyişib - FOTO

1960-cı illərin "Tarzan" serialının ulduzu, amerikalı aktyor Ron Eli 86 yaşında vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ron Elinin ölümünü onun qızı Kirsten Kasale Eli sosial media hesabından elan edib.

Kirsten Kasale Eli atasının sentyabrın 29-da Kaliforniyadakı evində dünyasını dəyişdiyini bildirərək deyib: "Mənim atam insanların qəhrəman dediyi biri idi. O, aktyor, yazıçı, məşqçi, mentor, ailə başçısı və lider idi. Dünya ən böyük insanların birini itirdi və mən atamı itirdim".

Chosen
9
3
sia.az

5Sources