EN

Fransa XIN-dən BRIKS-lə bağlı AÇIQLAMA

“BRıKS sammiti göstərdi ki, Avropa və Qərbin dünyada monopoliyası yoxdur”

Medianews.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazirinin nümayəndəsi Benjamin Haddad deyib.

Onun sözlərinə görə, BRİKS sammiti və ABŞ-də keçirilən prezident seçkiləri Avropa və Qərb ölkələrinin artıq alternativ modelin yarandığı bir dünyada monopoliyaya malik olmadığını nümayiş etdirir.

“BRıKS sammiti ilə Avropanın təhlükəsizliyi və transatlantik əlaqələr üçün böyük nəticələrə səbəb olacaq Amerika seçkiləri arasında Avropa və Qərb başa düşürlər ki, artıq onların dünyada monopoliyası yoxdur”, – deyə o bildirib.

Haddadın fikrincə, Avropa öz maraqlarını qoruya bilməlidir.

Chosen
8
1
medianews.az

2Sources