EN

U-23 dünya çempionatı: Həbibovanın bürünc şansı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşçilər 5 çəkidə mükafatçıları müəyyənləşdirəcəklər.

Bu medallardan birini təmsilçimiz də əldə edə bilər.

U-23 dünya çempionatı
Qadın güləşi
59 kq

Gülər Həbibova təsəlliverici görüşdə çinli Honq Lianqla üz-üzə gələcək. O, qalib gələcəyi halda 3-cü yer uğrunda güləşəcək.

Qeyd edək ki, bir gün öncə Gülərlə mübarizəyə başlayan Elnurə Məmmədova (50 kq) və Gültəkin Şirinova (55 kq) yarışla ilk mərhələdə vidalaşıb.

İdman.biz

Chosen
24
idman.biz

1Sources