EN

“Samsung” sahiblərinin NƏZƏRİNƏ: Cihazınız təhlükədədir

“Google”un təhlükəsizlik üzrə mütəxəssisləri “Samsung”un mobil prosessorlarına təsir edən yüksək riskli boşluq aşkar edib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, "CVE-2024-44068" kodu ilə aşkarlanan təhlükəsizlik boşluğu "Samsung"un mobil prosessorlarında "istifadədən sonra sərbəst buraxma" problemi ilə nəticələnir. Bu, istifadəçinin xəbəri olmadan tətbiqlərdə hüquq yüksəltmə riskini artırır. "Google"ın aparıcı təhlükəsizlik tədqiqatçıları bu problemin son dərəcə ciddi olduğunu qeyd edirlər.

 

Texniki baxımdan tək başına cihazlara birbaşa hücum etməsə də, digər təhlükəsizlik boşluqları ilə birləşəndə təhlükəli nəticələr doğura bilər. Araşdırmalar göstərir ki, bu boşluq sayəsində hücumçular kamera serverində xüsusi kod işlətdirə bilərlər.

 

Ekspertlər boşluğun casus proqramlarla əlaqəli olma ehtimalını vurğulayır. Son aylarda aşkarlanan çoxsaylı casus proqram hücumları vəziyyətin nə qədər ciddi olduğunu ortaya qoyur.

 

Bu boşluq fonunda "Samsung" və "Google" arasında yaranan gərginlik də diqqət çəkir. Android 15 yeniləməsi "Pixel" cihazları üçün təqdim olunmasına baxmayaraq, "Samsung" istifadəçiləri bu yeniləməni yalnız 2025-ci ildə "Galaxy S25" seriyası ilə birlikdə əldə edəcəklər.

 

Əgər "Samsung" smartfon istifadəçisisinizsə və təhlükəsizlik boşluqlarından təsirlənmək istəmirsinizsə, cihazınızı dərhal yeniləməyiniz məsləhətdir.

Chosen
5
3
sfera.az

4Sources