Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) bahalı avtomobilini satışa çıxarıb. Manset.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. Navai ötən il aldığı "Mercedes-Benz G63 AMG" maşınının fotosunu izləyiciləri ilə bölüşərək "Onlar deyirdilər ki, sevgi satılmır. Satıram" sözlərini yazıb. Qeyd edək ki, sözügedən avtomobilin Rusiyadakı qiyməti 600 min manata yaxındır.