EN

Daşkəsəndə partlayış zamanı yaralanan şəxsin durumu açıqlandı

Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü şəxs (kişi cinsli) (Sadıqov Nadir Telman oğlu) 24 oktyabr saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd: Gecə saatlarında Daşkəsəndə mənzildə partlayış olub.

Chosen
10
20
yenigundem.az

10Sources