EN

UEFA-dan Babək Quliyevə növbəti təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb.

Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Region Kubokunun 7-ci qrupunun oyunlarının hakim-inspektoru olacaq.

Oktyabrın 29-dan noyabrın 4-dək Bolqarıstanda təşkil olunacaq qrup oyunlarında ev sahiblərinin “SW Bolqarıstan”, İspaniyanın “Araqon”, Moldovanın “Anenii Noi” və Belarusun “İvatseviçi-Duss” klubu mübarizə aparacaq.


Chosen
11
15
sportnet.az

10Sources